Zərdab rayon sakini, 39 yaşlı Samir İsayev dərmanlardan asılı olmayacağı və yenidən işə gedə biləcəyi ilə bağlı xəyal qurub.
Sputnik Azərbaycan-nın çəkiliş qrupu Samirlə söhbət etdikdən sonra xəstənin kiçik qızı, həyat yoldaşı və yaşlı anasının işlədiyi ərazidəki pambıq tarlalarından birinə yollanıb. İsayevin 14 yaşlı qızının fədakarlığı və cəsarəti diqqəti cəlb edib.
Nuriyyə İsayeva məktəbdə əlaçıdır, heç vaxt dərslərini buraxmayıb. Valideynlərinin etirazına baxmayaraq, qız tarlaya işləməyə davam edir. Nuriyyə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, atasını xilas etməyi özünə borc bilir.