SƏHİYYƏ

ÜST-ün bölgə rəhbəri hiddətləndi: Bir il əvvəl nə baş verdiyini unutmağa başlayıblar

Hazırda əsas problemlərdən biri bəzi ölkələrdə vaksinasiya prosesinin "dayanması", eləcə də profilaktik tədbirlərin əsassız olaraq zəiflədilməsidir.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. "Koronavirus pandemiyasının başa çatması bütün dünyanın infeksiya ilə yaşamağı nə qədər tez öyrənməsindən asılıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Klüge bildirib.
"Səhiyyə sistemlərinin həddindən artıq yüklənməsi, COVID-19-dan xəstəxanaya yerləşdirmə və ölüm halları azalan kimi digər tibbi xidmətlərin də əvvəlki kimi tam həcmdə tətbiqi mümkün olacaq. Ondan sonra pandemiya endemik hala gələcək".
Klüge vurğulayıb ki, hazırda əsas problemlərdən biri bəzi ölkələrdə vaksinasiya prosesinin "dayanması", eləcə də profilaktik tədbirlərin əsassız olaraq zəiflədilməsidir: "Məndə belə bir təəssürat yaranıb ki, hamı ümumilikdə baş verənləri unutmağa başlayıb. Bir il əvvəl bütün dünya iqtisadiyyatı çökmüşdü".
ÜST-ün məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 250 milyonu ötüb. İndi ən ağır vəziyyət ABŞ, Hindistan, Braziliya və Böyük Britaniyada müşahidə olunur. Rusiya isə bu siyahıda beşinci yerdədir.
Eləcə də oxuyun:
* COVİD-19-a qarşı yeni preparat hazırlanıb
* Həkim COVID-19-a müqavimət göstərən məhsulların adlarını açıqlayıb
* ÜST-dən qorxulu proqnoz: yarım milyon insan fevrala qədər ölə bilər