İQTİSADİYYAT

Samir Şərifov qiymət artımının səbəbləri barədə

Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması, eyni zamanda, dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa prosesləri qeyri-bərabər baş verir. Bunun nəticəsində müəyyən logistika zənciri vaxtilə qırılıb. Onun bərpası gözləniləndən ləng getməkdədir. Bu da nəticə etibarilə bir sıra əmtəənin istehlakçılara təqdim edilməsində problemlər yaradıb. Bu isə qiymətlərin artımına gətirib çıxarıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb. Buna görə də Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Bu təsirlərin yumşaldılması məqsədilə dövlətimizin başçısı tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
İQTİSADİYYAT
Maliyyə naziri: Gələn ilin büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub
"Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması, eyni zamanda, dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda 2022-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, deputatlar iştirak edirlər.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri və s. daxildir.
Eləcə də oxuyun:
* Ev tikənlərlə dana saxlayanlara qoyulan fərq: tikinti bazarı da "od tutub"
* Qonaq gələndə əti ona veririk, makaronu özümüz yeyirik. Bəs toyda necə?
* Qiymət artımı bəs deyil: siqaret çəkənlər bahalıq, birlik qaçaqmal dərdində