ELM

Görmə qabiliyyətini qorumaq üçün hansı məhsullar faydalıdır

Pavlıçeva qeyd edib ki, gözün tor qişasında ən yüksək miqdarda Omega-3 var, buna görə də bu yağ turşusu rasionda kifayət qədər olmalıdır.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Görmə qabiliyyətininin qorunması üçün hansı məhsulları rasiona daxil etmək lazımdır. Bu barədə nutrisioloq Anna Pavlıçeva RİA Novosti-yə məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə, əsas görmə piqmentlərin sintezində iştirak edən A vitamini lazımdır. O retinol şəklində yumurtada, mal əti qaraciyərində və qırmızı kürüdə olur.
"Balqabaqda, yerkökündə, şirin kartofda, bibərdə, ərikdə olan beta-karotin də gözə xeyirlidir. Antioksidantlar və bioflavonoidlər (C vitamini, E vitamini, lutein, astaxanthin) görmə qabiliyyətinə böyük dəstək verir. Onlar ən çox tərəvəzlərdə, meyvələrdə və xüsusilə də giləmeyvələrdə (qışda dondurulmuş giləmeyvələrdən istifadə etmək olar, onlarda bütün faydalar qorunub saxlanılır) olur.
E vitamini qoz-fındıqlarda, tumlarda və kərə yağında kifayət qədərdir. Lutein isə ispanaqda, cəfəridə və eynilə yumurtalarda olur. İspanaqda yeri gəlmişgən, luteindən başqa zeaksantin də var ki, bu da makulodistrofiyanın inkişaf riskini azaldır", - deyə nutrisioloq bildirib.
Bundan əlavə, Pavlıçeva qeyd edib ki, gözün tor qişasında ən yüksək miqdarda Omega-3 var, buna görə də bu yağ turşusu rasionda kifayət qədər olmalıdır.
"Qızılbalıq, siyənək, skumbriya kimi yağlı balıqları, həmçinin dəniz məhsullarını seçin", - deyə ekspert yekunlaşdırıb.