ELM

Ən faydalı quru meyvələrin adları açıqlandı

Tərkibində çoxlu miqdarda kalium, lif, “A” və “K” vitaminləri olan gavalı qəbizliyin qarşısını təbii şəkildə alan vasitə kimi istifadə edilə bilər.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Kişmiş, quru ərik, xurma, gavalı ən çox yayılmış və ən faydalı quru meyvələr hesab olunurlar. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə rusiyalı dietoloq Lyudmila Mikityuk məlumat verib.
O bildirib ki, sadalanan quru meyvələr təzə meyvələrdən daha çox lif, vitamin və mineralı özündə ehtiva edir ki, bu da gündəlik tələb olunan qida maddələrinin daha böyük faizini qarşılamağa imkan verir.
Çoxlu maqnezium, “B” vitamini ilə zəngin olan kişmiş bədəndəki təzyiqi aşağı salmaqla yanaşı iltihabı azaldır.
Tərkibində çoxlu miqdarda kalium, lif, “A” və “K” vitaminləri olan gavalı qəbizliyin qarşısını təbii şəkildə alan vasitə kimi istifadə edilə bilər.
Dəmir və liflə zəngin olan xurma sərbəst radikalların zərərini neytrallaşdıra bilir. Xurma xüsusən də hamilə qadınlar üçün faydalıdır.
“A” və “C” vitaminləri, kalium, liflə zəngin olan quru ərik xüsusilə dəri və gözlər üçün faydalıdır.