NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti bahalaşıb

ABŞ-ın Enerji İnformasiyaları Administrasiyası Azərbaycanın neft hasilatı üzrə proqnozunu azaldıb, OPEC+ ölkələri nazirlərinin 23-cü iclası dekabrın 2-də keçiriləcək.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,15 ABŞ dolları və ya 0,17% artaraq 86,24 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 20 min barel azdır. 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 750 min barel təşkil edəcək, bu da əvvəlki proqnozdan 50 min barel azdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
NEFT-QAZ
Neftin qiymətinin çox artması Azərbaycana gərək deyil - nazir
OPEC+ ölkələri nazirlərinin noyabrın 4-də keçirilmiş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.
Qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransında ünvanlanmış suallara cavabında deyib: "Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi, konsensus əsasında qəbul olunub və faktlara, araşdırmalara, təhlillərə əsaslanır".
OPEC+ ölkələri nazirlərinin 23-cü iclasının dekabrın 2-də keçirilməsi razılaşdırılıb.