RUSİYA

Kreml: Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü planlaşdırılmır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üç ölkə liderinini Moskvada görüşəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır. Lakin Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır.
"Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur", - Peskov deyib.
Kremlin sözçüsü həmçinin bəyan edib ki, bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı imzaladığı razılaşmalar İrəvan və Bakı üçün son dərəcə əhəmiyyətlidir:
"Bu razılaşmalar müharibəni dayandırmağa, regional iqtisadiyyatın və infrastrukturun inkişafı yoluna çıxmasına imkan verdi. Rusiya sülhməramlılar öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi təmin edir, atəşkəs rejiminə, qaçqınların geri qaytarılması prosesinə nəzarət edir. Ona görə də imzalanmış sənədlərin əhəmiyyətini, əlbəttə ki, qiymətləndirmək çətindir”.
Həmçinin oxuyun:
Kreml Putin-Əliyev-Paşinyan görüşü barədə yenidən açıqlama verdi
Paşinyan və Əliyev görüşəcək? – Yerevan hələ də xəbərsizdir