İDMAN

Karateçilərimiz İstanbulda qazandıqları medalları Zəfər Gününə həsr etdilər

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Sputnik
BAKI, 8 noyabr — Sputnik. Azərbaycan karateçiləri İstanbulda şotokan karate üzrə XI dünya çempionatında 29 medal qazanıblar.
Sputnik Azərbaycan Oxu.Az-a istinadən xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 6-sı gümüş və 10-u bürünc medaldır.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Qeyd edək ki, karateçilərimiz medallarını Zəfər Gününə həsr edib.