BAKI, 8 noyabr — Sputnik. Azərbaycanın pravoslav məbədlərində Vətən müharibəsindəki qələbənin birinci ildönümü münasibətilə dualar oxunub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin mətbuat katibi, protoirey Konstantin Pominov bildirib.
"Bu gün biz bəxş etdiyi qələbəyə, Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi altında ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə və işğal altında olan torpaqları azad etməsinə görə Tanrıya təşəkkür duaları oxuduq", - o deyib.
Eləcə də oxuyun:
* “Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib
* Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* "Azərbaycan xalqı, gözün aydın, başın daim uca olsun!" - Mehriban Əliyeva