BAKI, 8 noyabr — Sputnik. "Şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlər və şəhidlər heç zaman unudulmayacaq".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Qələbə qazanıldı, lakin uzun illərdən sonra Qafqaza sülh gətirəcək prosesin daimi olması üçün yeni mübarizə başlayıb. Bu kontekstdə Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü addımdır".
O, Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Eləcə də oxuyun:
* “Dostun gəlişi bayram olar" - səfir Azərbaycan xalqını təbrik edib
* Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* "Azərbaycan xalqı, gözün aydın, başın daim uca olsun!" - Mehriban Əliyeva