BAKI, 7 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü ilə əlaqədar paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, Şuşa və Xarıbülbülün görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi Facebook, Twitter və Instagram səhifələrində paylaşılıb.
Bundan əvvəl Birinci Vitse-prezident Mehriban Əliyeva da Şuşa səfəri ilə bağlı paylaşım etmişdi.
Paylaşımda bu sözlər yer alıb: "Yolun hər zaman açıq və işıqlı olsun, doğma Azərbaycan!".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
Həmçinin oxuyun: