SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Şuşa ilə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Şuşada 90 çarpayılıq mərkəzi xəstəxananın tikintisi ilə bağlı Sərəncamının icrası üçün Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayırıb.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, bu Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər, sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.
Həmçinin oxuyun:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya gediblər