DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda Saakaşviliyə dəstək verən azərbaycanlı aksiya zamanı ölüb

Hadisə şahidlərinin sözlərinə görə, aksiya keçirilən ərazidə həkim briqadası olmayıb və təcili tibbi yardım maşını hadisə yerinə çox gec gəlib.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Ötən gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq Rustavi həbsxanası qarşısında keçirilən aksiyada bir nəfər vəfat edib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, həmin şəxsin Dmanisi rayon sakini, 60 yaşlı Cahandar Hüseynov olduğu müəyyənləşib.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib. Təcili tibbi yardım maşını C.Hüseynovu şəhər xəstəxanasına çatdıranda onun öldüyü məlum olub.
Hadisə şahidlərinin sözlərinə görə, aksiya keçirilən ərazidə həkim briqadası olmayıb və təcili tibbi yardım maşını hadisə yerinə çox gec gəlib.
Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aksiya təşkilatçılarından təcili tibbi yardım briqadasının cəlb olunması ilə bağlı müraciət almayıblar.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq aparılır.
Həmçinin oxuyun:
Saakaşvili tərəfdarlarını "hakimiyyəti almağa" çağırdı
Saakaşvilinin tərəfdarları Tbilisidə Azərbaycan bayrağı qaldırdılar