İQTİSADİYYAT

Sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait açıqlanıb

Növbəti ildə elm xərclərinə 202,8 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2021-ci illə müqayisədə 19,5 milyon manat və ya 10,6 faiz çoxdur
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 milyard 565,8 milyon manat vəsait proqnozlaşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.
Ayrılan vəsait cari illə müqayisədə 127 milyon manat və ya 3,4 faiz az, 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 453,2 milyon manat və ya 14,6 faiz çoxdur.
Sosial müdafiə xərcləri üçün 310 043 606, sosial təminat üçün 5 243 653, sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar üçün üçün 50 000, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün 3 250 456 803, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 145 967 169 manat olacaq.
Mənzil və kommunal xərclər üçün vəsait ayrılması proqnozlaşdırılıb
Gələn ilin dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 261,4 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.
Proqnozlaşdırılan vəsait cari ilin icra göstəriciləri ilə müqayisədə 15,7 milyon manat və ya 6,4 faiz çoxdur. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz təşkil edəcək.
2022-ci ildə elm xərclərinə vəsait ayrılacaq
Növbəti ildə elm xərclərinə 202,8 milyon manat vəsait nəzərdə tutulub. Bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Bu da 2021-ci illə müqayisədə 19,5 milyon manat və ya 10,6 faiz, 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 59,2 milyon manat və ya 41,2 faiz çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Həmçinin oxuyun:
Gələn il Azərbaycanda pandemiya ilə mübarizəyə 350 milyon manat ayrılacaq