AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qarabağın minalardan təmizlənməsi üçün idxal edilən malların siyahısı təsdiqlənib

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin Qərarına dəyişiklik edilib.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu istiqamət üçün müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçiriləcək.
Bu Qərar 2021-ci il 15 oktyabr tarixindən tətbiq edilir və 5 (beş) il müddətində qüvvədədir.
Həmçinin oxuyun:
Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb