BAKI, 6 noyabr - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.
“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.
Həmçinin oxuyun:
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir
Tank bölmələrində döyüş atışları icra olunub