“Delimitasiya və demarkasiya məsələsi ərazi bütövlüyü tanındıqdan sonra həyata keçirilməlidir. Hər hansı sənədin imzalanacağı haqqında mətbuatda yazılan iddialara gəldikdə onu deyə bilərəm ki, belə bir sənəd dəhlizlərlə bağlı məsələnin həllini özündə ehtiva edəcək. Burada Zəngəzur dəhlizinin fəaliyyətinin bərpası və Qazax istiqamətində kommunikasiyaların açılması əks oluna bilər. Bunlar ən vacib məqamlardır”.
“ABŞ rəsmisinin regionda davam edən hazırkı səfəri də proseslərə təsir edən amil kimi qiymətləndirilə bilər. Ermənistan ABŞ-ın timsalında Qərblə müəyyən siyasi oyunlar oynayır. Məhz bu ərəfədə səfirlərin İrəvana getməsi və Rusiya prezidentinin verdiyi bəyanatlar göstərir ki, Ermənistan nəsə planlaşdırır. Onlar Azərbaycan üçün qəbul edilməz olan status məsələsi barədə də xülyalara qapılıblar. Ancaq bunun baş verməsi mümkün deyil”.
“Bəzi açıqlamalar isə mövcud real vəziyyəti əks elətdirməkdən uzaqdır. Azərbaycan sülh təklif etsə də, zənnimcə, biz daha irəli nöqtədəyik. Düşünürəm ki, artıq tərəflər arasında müzakirələr gedir və bunu deməyə də əvvəlki açıqlamalar əsas yaradır. Diplomatik masada və kulis arxasında baş verənlərin az bir hissəsi mətbuata bəllidir”.
“Son baş verənlər də, rəsmi şəxslərin birbaşa təmasları, Rusiya XİN rəhbərinin Bakı və İrəvana etdiyi zənglər proseslərdə dinamikanın qorunduğuna işarə edir. Bir də, tərəflərin heç bir tərəfindən inkar edilməyən ölkə liderlərinin görüşəcəyi iddiaları var. Mən düşünürəm ki, Ermənistan hakimiyyəti real siyasi vəziyyəti anlayır. Amma bunu birmənalı şəkildə etiraf etmirlər. Çünki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi ilə Qarabağ məsələsi erməni cəmiyyəti üçün bitmiş olacaq. Bu da möcud hakimiyyətin daxili siyasətdə ciddi güc balansı itirməsinə səbəb ola bilər. Bu baxımdan Ermənistanın birdən-birə Qarabağın Azərbaycanın tərkib hissəsi olması gerçəkləyini qəbul edəcəyinin real olmadığını düşünürəm”.