İDMAN

Azərbaycan güləşçisi dünya çempionu olub

65 kq-da yer alan Zirəddin Bayramov isə 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Stilyan İliyevə cəmi 1 dəqiqə 39 saniyə ərzində 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, 57 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Bekbolot Mirzənəzər Uulu ilə üz-üzə gəlib.
Rəqibi üzərində 7:6 hesablı qələbə qazanan Rzazadə dünya çempionu olub.
65 kq-da yer alan Zirəddin Bayramov isə 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Stilyan İliyevə cəmi 1 dəqiqə 39 saniyə ərzində 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Həmçinin oxuyun:
Bakıda "Böyük dəbilqə": Cüdoçularımız günü iki medalla başa vurdular