SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev: "Ermənistanın işğal iddiaları hələ də qalır. Bu, tamamilə qəbuledilməzdir"

Prezientin köməkçisi qeyd edib ki, artıq Qarabağ mövzusu xarici siyasət mövzusu deyil. Bu, artıq daxili məsələmizdir.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. "Hər zaman xarici ölkələrin Zəfər bayramlarında iştirak edəndə özümə sual verirdim ki, nə vaxtsa biz də bu tarixi bayram kimi qeyd edə biləcəyikmi?! Tarixi Zəfər Günü münasibətilə əməyi keçən hər kəsə minnətdaram".
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində "44 Günlük Zəfər Yolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər zaman gündəmdə olan məsələ işğal altında olan torpaqların azad edilməsi idi.
"Azərbaycan ilk dəfədir müstəqillik tarixində ərazi bütövlüyü təmin edilən ölkə kimi çıxış edir. Artıq Qarabağ mövzusu xarici siyasət mövzusu deyil. Bu, artıq daxili məsələmizdir. Ermənistan doktrinasını dəyişdirməli, Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir".
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır: "Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu, tamamilə qəbuledilməzdir".
O bildirib ki, Ermənistan beynəlxalq hüququ hələ də tanımaq istəmir: "Azərbaycanın mövqeyi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır. Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb".
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan tamamilə dağıdılan 9-dan çox şəhəri yenidən qurmaq əzmindədir.
Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlara daim hazırdır: "Bundan sonra əməkdaşlıq mexanizminə uyğun olaraq davranmaq olar. İki ölkə arasında münasibətlər bərpa olunmalıdır. Bütün beynəlxalq ictimaiyyəti bu istiqamətdə addım atmağa səsləyirik".
Eləcə də oxuyun:
* Ceyhun Bayramov: "Son 30 ildə Azərbaycan dövləti bütün çətinliklərə təkbaşına sinə gərib"
* Zəfər Günü ilə bağlı Milli Məclisin Bəyanatı qəbul edilib