İDMAN

"Böyük Dəbilqə"də qızıl medalı Azərbaycan cüdoçusu apardı

Azərbaycan cüdoçuları "Böyük dəbilqə" idman yarışın ilk gününü 3 medalla (qızıl, gümüş və bürünc) başa vurub.
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.
Sputnik Azərbaycan xəbər verir ki, 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.
Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev də bu gün "Böyük Dəbilqə"də final görüşünə çıxıb.
57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb.
Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib. Bu, cüdoçunun Böyük Dəbilqə yarışlarında ilk medalı olub.
Bundan əvvəl isə Azərbaycan cüdoçusu Rövşən Əliyev rəqibinə qalib gələrək Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb.
Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk gününü 3 medalla başa vurub.
***
Azərbaycan cüdoçusu Rövşən Əliyev Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb.
Rəqibinə cərimə xalları hesabına qalib gələn Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb. Onunla eyni çəkidə çıxış edən Əhməd Yusifov isə yaponiyalı Hayato Kondoya məğlub olaraq 5-ci yeri tutub.
48 kq-da yarışan qadın cüdoçu Şəfəq Həmidova bürünc medal uğrunda qarşılaşmada israilli Şira Rişoniyə uduzub.
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayıb
Kişilərin yarışında 60 kq-da Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb.
Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.
66 kq-da Orxan Səfərov ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı idmançı finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.
Qadınların mübarizəsində isə 57 kq-dakı İçinxorlu Muntsxedev finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoki ilə üz-üzə gələcək.
48 kq-da yarışan Şəfəq Həmidova bürünc medal görüşündə israilli Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan cüdoçusu Rövşən Əliyev Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb.
Rəqibinə cərimə xalları hesabına qalib gələn Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb. Onunla eyni çəkidə çıxış edən Əhməd Yusifov isə yaponiyalı Hayato Kondoya məğlub olaraq 5-ci yeri tutub.
48 kq-da yarışan qadın cüdoçu Şəfəq Həmidova bürünc medal uğrunda qarşılaşmada israilli Şira Rişoniyə uduzub.
***
Bakıda cüdo üzrə Böyük Dəbilqəyə start verilib.
Sputnik Azərbaycan xəbər verir ki, yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) çıxış edir. Görüşlər Heydər Əliyev adına İdman Kompleksində keçirilir.
Bu gün Azərbaycanın 13 cüdoçusu mübarizə aparacaq. 2 çəki dərəcəsində kişilər, 3 çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaq.