BAKI, 4 noyabr — Sputnik. Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb.
2021-ci ildə yaşayış minimumu 196 manat olub.
Qeyd edək ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.
Həmçinin oxuyun:
Kasıblar üçün vacib məsələ: Yaşayış minimumu ilə ehtiyac meyarı birləşdirilsinmi?