FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Qarabağ" səfərdə də "Kayrat"a qalib gəldi - 2:1

Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib. 72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib.
Sputnik
BAKI, 4 noyabr - Sputnik. "Qarabağ" futbol klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
1 / 14

Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar.

2 / 14

Lakin İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib. 8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb.

3 / 14

Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Amma onun zərbəsi zamanı top qapıdan xeyli aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttini tərk edib.

4 / 14

26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib.

5 / 14

İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub.

6 / 14

İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib.

7 / 14

Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib.

8 / 14

Əvəzində 58-ci dəqiqədə "Qarabağ" hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib. Qoldan sonra meydanda maraqlı hadisə baş verib.

9 / 14

Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydanı tərk etsə də, referi Azərbaycan millisinin hücumçusunun oyuna daxil olmasına icazə verməyib.

10 / 14

Nəticədə “köhlən atlar” təqribən 1 dəqiqəyə yazın azlıqda oynayıblar. 68-ci dəqiqədə "Kayrat" tarazlığı bərpa edib.

11 / 14

Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib.

12 / 14

72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə "Qarabağ"ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb.

13 / 14

Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

14 / 14

Qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.