"Qaynatam elə yaşadığı mənzilin qarşısında, Kamal Kazımov küçəsində 99YP572 nömrə nişanlı avtomobillə yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Cihazla onun içkili olub-olmaması bir neçə dəfə yoxlanılıb. Öncə bəlli olub ki, o içkili deyil. Sonradan, sonuncu dəfə yoxlama zamanı isə polislər iddia edib ki, cihaz çox cüzi miqdarda onun içkili olduğunu göstərir".
"Açarı tələb edib deyiblər ki, ver onu cərimə meydançasına aparaq, sürücü də açarı verməyib ki, içkili deyiləm. Polislər maşına xətər yetirib. Beləcə maşını evakuator ilə cərimə meydançasına aparıblar, akt isə tərtib olunmayıb. Qaynatam yaşlı, xəstə kişidir. Bu gün bölməyə gedəndə deyib ki, maşınımı verin, yoxsa qazancım olmur. İdarədəki Rəsul adlı polis əməkdaşı öncə onun işinin məhkəməyə göndərildiyini, sonradan isə bunun zarafat olduğunu deyib. Əməkdaş "gəl bu məsələni aramızda həll edək", deyə təklif verib".
"Sənəddə də onun içkili olmadığı göstərilib. Lakin polis əməkdaşları bunu qəbul etməyiblər. Elə "gəl aramızda həll edək" deyiblər".
"Əgər vətəndaşın belə iddiası varsa və bu iddianı təsdiqləyəcək sənəd varsa, müvafiq qaydada Lənkəran rayon Polis Şöbəsinə təqdim etsin. Məsələ araşdırılacaq".