BAKI, 4 noyabr - Sputnik. Bu gün, noyabrın 4-də OPEC+ ölkələri nazirlərinin iclasının yekunu əsasında sutkalıq neft hasilatını yavaş-yavaş 400 min barelə kimi artırmaq barədə qərar qəbul olunub.
“OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 19-cu iclasında təsdiq edilmiş hasilatın dəyişdirilməsi planı və aylıq hasilatın artırılması mexanizmi, eləcə də, 2021-ci ilin dekabrında ümumi hasilatın gündəlik 0,4 milyon barelə qədər artırılması ilə bağlı qərar təsdiq edilsin”, – deyə OPEC+ ölkələri nazirlərinin yekun sənədində qeyd olunur.
Bir qədər əvvəl “Bloomberg” xəbər vermişdi ki, ABŞ OPEC ölkələrini dekabr ayında neft hasilatını artırmaqla bağlı daha cəsarətli addım atmağa çağıraraq, hasilat həcmini müzakirə olunan sutkalıq 400 min barel deyil, 600-800 min barelə qədər artırmağı təklif edib.
Press-relizdə OPEC+ alyansı ölkələri nümayəndələrinin növbəti görüşünün dekabrın 2-ə planlaşdırıldığı da qeyd olunub.
“İclasda neft bazarındakı cari göstəricilər və onların qiymətləndirilməsində konsensus nəzərə alınaraq, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 23-cü görüşünün 2 dekabr 2021-ci il tarixində keçirilməsi qərara alınıb”, – deyə yekun sənəddə bildirilir.
Həmçinin oxuyun:
Neftin qiymətinin çox artması Azərbaycana gərək deyil - nazir