BAKI, 3 noyabr — Sputnik. Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
Daha bir dəyişikliyə görə, hədiyyələr və miraslarla bağlı vergi güzəştləri tətbiq olunacaq. Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Həmçinin oxuyun:
Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq
Ofşorlara köçürmələr 10%lik vergiyə cəlb olunacaq
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır