BAKI, 3 noyabr — Sputnik. "The Lancet" tibb jurnalı Qamaleya Mərkəzinin təkkomponentli koronavirus peyvəndi "Sputnik Light"-ın təhlükəsizliyi ilə bağlı yeni məqalə dərc edib. Bu barədə tədqiqatın sponsoru olan Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) məlumat yayıb.
"RBİF Qamaleya Mərkəzinin aparıcı resenziyalı tibb jurnalı "The Lancet"-də koronavirusa qarşı təkkomponentli "Sputnik Light" peyvəndinin tədqiqatı ilə bağlı məqalə dərc olunduğunu bildirir. Tədqiqatın nəticəsinə görə, peyvənd preparatı yüksək təhlükəsizlik və güclü humoral hüceyrə toxunulmazlığı formalaşdırır", - deyə qurumun yaydığı press-relizdə bildirilir.
Təsadüfi olmayan sınaqlar dərmanın həm COVID-19-a yoluxmamış şəxslərdə, həm də bu virusa yoluxub sağalanlarda güclü immun reaksiyası yaratdığını təsdiqləyib. Qeydə alınan yan təsirlərin əksəriyyəti yüngül və ya orta dərəcədə olub, alimlər ciddi arzuolunmaz təzahürlər müşahidə etməyiblər.
Qamaleya Mərkəzi tərəfindən Moskvada 28 min insanın birkomponentli "Sputnik Light" peyvəndi ilə immunizasiyasına əsaslanan əvvəlki tədqiqatlar peyvənddən sonrakı üç ay ərzində preparatın "Delta" ştammına qarşı effektivliyini (70%) təsdiqləyib. 60 yaşa kimi insanların olduğu qrupda isə bu göstərici 75 faizi ötüb.
Bu peyvənddən əlavə (buster) doza kimi istifadə zamanı preparatın effektivliyi yoluxmaya qarşı 83%, qospitalizasiyaya qarşı isə 94% təşkil edib.
Vaksinasiya hələ də ən etibarlı müdafiə üsulu olaraq qalır. RBİF-nin rəhbəri Mixail Muraşkonun sözlərinə görə, COVID-19-u ağır formada keçirənlər arasında peyvənd olunanların sayı 0,03 faiz təşkil edir. Stasionardakı xəstələrin əksəriyyəti peyvənd olunmamış şəxslərdir.
Qeyd edək ki, ÜST sentyabrın sonunda SARS-CoV-2-dən ölüm halları ilə peyvənddən imtina arasında əlaqə olduğunu açıqlamışdı.
Həmçinin oxuyun:
"Delta" ştammı sürətlə yayılır: Üçüncü dozanı qəbul etməli