HADİSƏ

Orduya dəstək adı ilə pul yığan şəxslər saxlanılıblar

Zəfər Günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. "Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər Günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək", - o vurğulayıb.
Eləcə də oxuyun:
* Cəlilabaddan olan narazı qaziyə əlillik təyin edildi
* Şəhid ailələri və müharibə əlilləri ilə bağlı "Zəfər" altsistemi yaradılıb
* Bir qrup qazi yolu bağladı, DİN işə qarışdı