"İğtişaşlar regionda təhlükəsizliyi təhdid edir. İran da bu platforma çəçivəsində əməkdaşlığa dəvət olunur. İran bu formatda iştirakçı olmasa da, bu baş tuta bilər. Çünki layihənin əsas marşrutu Azərbaycan və Ermənistan ərazilərindən keçir. Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı həm də güclü blokun yaranmsına səbəb ola bilər. Hesab edirəm ki, İranın "3+3" formatı ilə bağlı təddüdləri gələcəkdə aradan qalxacaq".
"Baxmayaraq ki, biz İranın bölgədə gərginlik yaratmağa çalışdığını gördük. İran bununla özünü regionda aparıcı ölkə kimi göstərməyə çalışır. Ancaq son hadisələr göstərdi ki, İranın yarada biləcəyi istənilən gərginlik sonradan onun özünə ziyan ola bilər".
"Gürcüstana gəldikdə isə bu ölkə Abxaziya və Cənubi Osetiya məsələlərinə görə bu platforma ilə bağlı çəkingənlik nümayiş etdirir. Amma bu da məlumdur ki, Rusiya və Gürcüstanın başqa təşkilatların tərkibində birgə fəaliyyətləri mövcuddur. Gürcüstanın regional layihələrdə iştirak etməməsi onun ziyanına işləyə bilər".
"Bütün iqtisadi təhlillər və araşdırmalar göstərir ki, dövlətlər regional əməkdaşlıqdan daha çox qazana bilirlər. Hesab etmirəm ki, Qərb ölkələri bu cür layihələrə qarşı çıxsınlar. Çünki belə əməkdaşlıq formatının qurulması Qərb təsisatlarının dayanıqlı əlaqələr qura bilməsi baxımından da əlverişlidir".
"Bunun reallaşması yeni beynəlxalq layihələrin də işə düşməsinə, reallaşmasına imkan yaradır. Təbii ki, Azərbaycanın da bir vaxtlar üzləşdiyi seperatizm meylləri Gürcüstanda da mövcuddur. Bu kimi narahatedici məqamlar Gürcüstanı bu formata yanaşmasına da təsir edir. Bu gün Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün gərgin siyasət aparır. Regiondakı bütün nəlqiyyat infrastrukturlarının işə düşməsi bütün region ölkələrinə fayda gətirəcək. Gürcüstan da bundan kənarda qalmaq istəməz".