HƏRBİ

Daha 11 erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib

Aşkarlanan erməni hərbçilərin cəsədləri "Qırmızı bazar" ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilən ərazilərində daha 11 erməni hərbçinin cəsədi aşkar edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
Məlumata görə, aşkarlanan erməni hərbçilərin cəsədləri "Qırmızı bazar" ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
Bununla da indiyə kimi erməni tərəfinə təhvil verilən cəsədlərin sayı 1697 olub.