BAKI, 31 oktyabr — Sputnik. Facebook şirkəti gəlirlərini arıtrmaq üçün 6 yaşdan yuxarı uşaqlar üçün istehlakçı bazasını genişləndirməyi düşünür.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.
Korporasiyanın planları şirkətin daxili bloqundan məlumatlar sızdıqdan sonra bəlli olub. Bildirilir ki, hazırda Facebook 6-9 yaşlı uşaqlar və 10-12 yaşlı yeniyetmələr üçün məhsullarının tam spektrini nəzərdən keçirməkdən ötrü əməkdaşlar axtarışındadır.
Tabloid yazır ki, korporasiya "gənclər üçün təhlükəsiz məhsul" yaratmaq üçün bir neçə şirkətdən komanda toplayıb. Facebook beş fərqli uşaq qrupunu araşdıraraq gənc istifadəçilərin tələbatını müəyyənləşdirmək üçün gərək olan məlumatlardan yararlanacaq.
Oktyabrın 28-də Facebook-un yaradıcısı Mark Zukerberq bəyan etdi ki, şirkət adını Meta-ya dəyişir. O həmçinin şirkətin loqotipini də göstərib, bu, Möbius lentinə oxşayan göy rəngli işarədir.
Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.
Bu arada, 1992-ci ildə "Uçqun" fantastik romanında "metakainat" (metaverse) terminini yaradan yazıçı-fantast Nil Stivenson bəyan edib ki, nə Facebook-a, nə də onun adının dəyişdirilib "Meta" qoyulmasına aidiyyatı var. Bu barədə yazıçı Twitter-də paylaşım edib.