BAKI, 31 oktyabr - Sputnik. ABŞ-ın Arqonn Milli Laboratoriyasının alimləri buzun qeydi-adi formasını - Uran və Neptun kimi planetlərin mərkəzində olan tünd rəngli maddəni ala biliblər.
Sputnik Azərbaycan bildirir ki, tədqiqatın nəticələri Nature Physics jurnalında dərc olunub..
Məlumdur ki, superion buz həddən artıq yüksək temperatur və təzyiqin təsiri altında yaranır, məsələn, buz nəhəngi hesab olunan planetlərin dərinliklərində. Belə ekstremal şərtlər səbəbindən laboratoriyada bu cür ekzotik buz yaratmaq həddən artıq çətindir. Əvvəllər onu ancaq saniyənin çox qısa kəsiyində, zərbə dalğasını su damcısının içərisindən keçirməklə alırdılar.
Ancaq yeni tədqiqat zamanı alimlər yarada bildikləri qaynar superion buzunun "həyat sürəyini" azacıq uzadıblar. Bu, onun xüsusiyyətlərini tədqiq etməyə imkan verir.
Bu məqsədlə mütəxəssislər Arqonn laboratoriyasında APS-dən - sinxotron şüalanmadan istifadə ediblər. Bu tezləşdirici rentgen şüaları dəsti yaratmaq üçün elektronları işıq sürətinə yaxın sürətlə "qovur". Rentgen şüalarının köməyilə alimlər iki almaz zindan arasında yerləşdirilmiş və ekstremal temperaturadək qızdırılan buz nümunəsinin atomlarının yerləşmə qaydasını müəyyən edə biliblər.
Nəzəriyyəçi alimlər superion buzunun fazasını fərz eləsələr də, modellərin çoxu onun 50 giqapiksel təzyiqdə yarandığını nəzərdə tutmurdu. Eksperiment zamanı isə fazanı 20 giqapiksel təzyiqlə əldə etmək mümkün olub. Məlum olub ki, bu halda buzun sıxlığı daha az, ancaq rəngi xeyli tünd olur, çünki işıqla fərqli qarşılıqlı təsirdə olur. Superion buzun kimyəvi və fiziki keyfiyyətləri hələ tam öyrənilməyib.