BAKI, 30 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) xəbərdarlıq etdiyi 10 müntəzəm marşrut xətti fəaliyyətlərində müsbətə doğru dəyişiklik edilməzsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Onların istimarında olan həmin marşrut xətti yeni daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqəyə çıxarılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu, o demək deyil ki, sadəcə 10 xətlə bağlı narazılıq var idi: "Elə xətlər də var ki, həmin müntəzəm marşrutlarla bağlı Çağrı Mərkəzinə müraciət edilir".
M.Ağayev xatırladıb ki, sosial şəbəkələr üzərindən gələn şikayətləri təhlil edərkən insanların xidmətindən daha çox narazı qaldığı 10-a yaxın müntəzəm marşrut xətti müəyyənləşdirilib: "Bir aydan sonra daşıyıcıların fəaliyyəti yenidən monitorinq ediləcək".
Eləcə də oxuyun:
* Polis bu dəfə təkcə sərnişinləri cərimələmədi - 50 nəfərin içində onlar da var...