HADİSƏ

Bakıda məktəbə "bomba qoyan" adamı tutdular

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi başlanılıb.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Cümə günü, oktyabrın 29-da bir nəfər DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edərək, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçiriblər, lakin fakt təsdiqini tapmayıb.
Zəng edən şəxsin Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov olduğu müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.
Eləcə də oxuyun:
* İnternet falçısı "Arsenics" ələ keçdi - Bank kartlarından pul oğurlayırmış
* Narkotik satışı ilə məşğul olan şəbəkə ifşa olundu - İçərisində qadınlar da var
* Ağstafada məktəblini bıçaqladılar