BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanda boşanmalar sürətlə artır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
"Qonşu ölkələrlə müqayisədə Azərbaycanda boşanmaların sayı çoxdur. Hətta Rusiyada artıq ailə məhkəmələrinin yaradılması barədə qərar qəbul edilib. Biz də boşanmaların sayının azalması üçün tədbirlər görməliyik", - deyə deputat diqqətə çatdırıb.
Deputat məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin nəzdinə verilməsini də təklif edib: "Son 10 ildə məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilib. Bu gün insanların məktəbəqədər müəssisələrdə işlə təminatı ilə bağlı problemlər var. Bütün təhsil siyasəti və onun ideoloji işi Təhsil Nazirliyi tərəfindən aparılmalıdır. Artıq vaxtı çatıb ki, məktəbəqədər təhsil müəssisələrini də Təhsil Nazirliyinin nəzdinə verək. Çünki təhsil sahəsində çox böyük islahatlar aparılır. Uşaqların təhsili ilk məktəbəqədər təhsildən başlayır".
Həmçinin oxuyun: