RUSİYA

Putin Soçidə hərbi müşavirə keçirəcək

Prezident müşavirədə dövlət kontraktlarının yerinə yetirilməsi məsələsinin müzakirə olunacağını bildirib.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Federal Dövlət Maliyyə Monitorinqinin direktoru Yuri Çixançinlə görüşündə Soçidə müşavirə keçirmək niyyətində olduğunu bildirib. RİA Novosti xəbər verir ki, dövlət başçısı görüşdə həmçinin dövlət kontraktlarının yerinə yetirilməsi məsələsinin müzakirə olunacağını bildirib.

"Bizim Soçidə müşavirəmiz olacaq. Bir daha məhz bu barədə, məhsulların dəyəri barədə danışacağıq", - deyə Putin Çixançinin kontrakt qiymətlərinin strukturunun açıqlanması qaydası barədə məruzəsini şərh edərək bildirib.

Xatırladaq ki, Rusiya Prezidentiinin mətbuat katibi Dmitri Peskov oktyabrın 13-də jurnalistlərə Putinin Soçidə silsilə hərbi müşavirələr keçirmək niyyətində olduğunu demişdi.