BAKI, 29 oktyabr - Sputnik. ABŞ bu ölkədəki Rusiya səfirliyi və konsulluqlarının 55 diplomat və inzibati-texniki işçilərini ölkədən çıxarmaq niyyətindədir. RİA Novosti xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.
"Vaşinqtonun bizim diplomat və inzibati-texniki işçimizin ABŞ-ı tərk etməsi barədə tələbi nəticəsində - bu isə onların ölkədən qovulması deməkdir, - diplomatik "cəbhədə" vəziyyət yalnız qəlizləşəcək, — deyə Zaxarovanın Nazirliyin saytında yerləşdirilmiş şərhində bildirilir.
Zaxarova onu da bildirib ki, hazırda ABŞ tərəfdən Rusiyada təqribən 130 nəfər çalışır, Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında isə 200-dən az əməkdaş var.