BAKI, 29 oktyabr - Sputnik. G20 maliyyə və səhiyyə nazirlərinin Romada keçirilmiş görüşündə dünya əhalisinin peyvənd olunma səviyyəsnin 40%-dən 70%-ə qədər artırılması üçün inkişaf etməkdə olan ölkələrə koronavirusa qarşı peyvənd tədarükünü artırmağa hazır olduqlarını bildiriblər. RİA Novosti-nin xəbərinə görə nazirlərin görüşü həmin ölkələrin liderlərinin nəzərdə tutulan görüşü ərəfəsində baş tutub.
"ÜST-nin qlobal vaksinasiya strategiyasına uyğun olaraq, cari ildə 40% və 2022-ci ilin ortalarında 70%-lik vaksinasiya hədəfinə çatmaq üçün biz inkişaf etməkdə olan ölkələrə vaksin və tibbi avadanlığının çatdırılmasının artırılması, habelə maliyyələşmə və tədarük sahəsində məhdudiyyətlərin aradan qaldırılması üçün addımlar atacağıq", - deyə görüşün nəticələrinə dair sənəddə deyilir.