"Bu sənədə qədərki dövrdə avtomobil nəqliyyatı ilə bağlı daşımalar sahəsində, xidmətlərin göstərilməsində problemlər təftiş olunaraq cənab prezidentə məruzə edilib. Avtomobil nəqliyyatı sektorunda bir neçə qurum fəaliyyət göstərirdi. Bu isə idarəetmədə pərakəndəliyə səbəb olurdu. Bəzən səlahiyyətlər üst-üstə düşür, problemi həll edilməmiş qalırdı. "AYNA"nın yaradılması mövcud problemləri aradan qaldıracaq, yük və sərnişindaşımalarla bağlı informasiya sisteminin yaradılmasına gətirib çıxaracaq".
"Hazırda ölkəmizdə yükdaşımada istifadə olunan avtonəqliyyat vasitələrinin orta yaşı 22-dir. Dünyada isə bu rəqəm 5-dir. Beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələrinin yaşı 22 olduqda, bizim tranzit daşımalarda iştirakımızda problemlər yaranır. Biz getdikcə xarici bazarlara çıxış imkanımızı itiririk. Ona görə də bu problemlərin həll olunması üçün "AYNA"nın yaranması zəruri idi".
""Biz qarışıq komissiyaların iclasında müəyyən olunan kvota əsasında yükdaşıma üçün icazə vərəqi alırıq. Azərbaycan nə qədər qarşı ölkəyə icazə vərəqi təqdim edirsə, eyni sayda da icazə vərəqi Azərbaycana verilir. Hansı ölkədə yükdaşıma üçün kvota bitibsə, yük avtomobili həmin ölkənin ərazisinə keçə bilmir. Amma Azərbaycana daxil olan yükdaşıyan avtonəqliyyat vasitələri üçün belə bir problem yoxdur. Kvotadan artıq yük daşımaq istəyən xarici ölkə yükdaşıyıcısı müəyyən rüsumu ödəyərək ölkəmizin ərazisinə gələ bilir. Bizim isə kvota bitdikdən sonra xarici ölkələrə yükdaşıma imkanımız məhdudlaşır. Azərbaycanda yükdaşıma həyata keçirən şirkətlər bu zaman külli miqdarda qazanc itirir. Çünki xaricdəki hər hansı yükdaşıyıcı bunu aşağı qiymətə asanlıqla həyata keçirir. Burada qarışıq komissiyalarda kvota anlamı da itmiş olur. "AYNA"nın fəaliyyəti zamanı bu məsələlər diqqətə çatdırılacaq. Bu, Azərbaycanda yükdaşıma ilə məşğul olanların avtonəqliyyat parkını yeniləməsinə də mane olur. Region ölkələri isə artıq xaricdən kvotadan kənar rüsum ödəyərək yükdaşıma xidmətini ləğv edib".
"Vahid bilet sistemi vasitəsilə sərnişinlər bölgələrdən Bakıya və əks istiqamətə, eləcə də paytaxt daxilində sərnişindaşıma xidmətindən yararlana biləcəklər".