BAKI, 28 oktyabr — Sputnik. ABŞ-ın Google şirkəti, bu sistemdə axtarış nəticələrindən yetkinlik yaşına çatmayanların fotoşəkillərinin silinməsi tələbinə icazə verib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"İndi 18 yaşından kiçik hər kəs, həmçinin onların valideynləri və ya qəyyumları axtarış nəticələrindən fotoşəkillərinin silinməsini tələb edə bilər", - deyə Google bloqundakı məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, şəkil silindiyi halda "Şəkillər" bölməsində görünməyəcək, ancaq söhbət onların internetdən təmamilə silinməsindən getmir.
Şirkətdən verilən məlumata görə, yenilik gənclərə "öz elektron izlərinə daha yaxşı nəzarət etməyə" imkan verəcək.