NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rus qazına alternativ axtaran Avropaya Britaniya jurnalından məsləhətlər

Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Böyük Britaniyanın The Economist jurnalı Avropaya qaz alternativləri barədə məqalə hazırlayıb.
Məqalədə qeyd olunur ki, sıxılmış təbii qaz (STQ) bazarında Avropa əlavə tədarükə görə Asiya ilə rəqabətə girməli olur. STQ-nin idxalının 75%-ə qədəri Asiya ölkələrinin payına düşür. ABŞ-dan alınan maye qaz isə həddən artıq baha başa gəlir - qiyməti azaltmaq üçün Amerikanın hasilat sənayesinə xeyli sərmayə yatırmaq lazımdır.
Jurnal yazır ki, Avropanın alternativlərindən biri Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz almaq ola bilər. Bu dəhlizin ötürmə gücü 10 milyard kubmetrdir. Ancaq nəşr qeyd edir ki, bu həcm tələb olunan qaz tədarükünün az hissəsidir.
NEFT-QAZ
İlk dəfə açıqlandı – Azərbaycan və Türkiyə qaza dair yeni saziş imzalayıb
The Economist xatırladır ki, tikilməkdə olan İsrail qaz kəmərinin həcmi isə bundan iki dəfə çox olacaq.
"Bütün Avropanı yanacaqla təmin etmək üçün bunlar kifayət etməyəcək. Rusiya qazından tam imtina etmək isə çox ambisiyalı addımdır", - jurnalda qeyd olunur.
Rusiyanın "Qazprom" şirkətinin direktorlar şurasının sədri Viktor Zubkov deyib ki, Rusiya "Şimal Axını-2"ni işə salandan sonra Avropaya qaz tədarükünü illik 55 mlrd kubmetr artıra bilər.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 2 350 391,76 min ABŞ dolları dəyərində 13 241 763,48 min kubmetr təbii qaz ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38%, həcmi isə 47,2% çoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko ilə görüşündə Bakının Avropaya qaz tədarükünün coğrafiyasını genişləndirməyi planlaşdırdığını, İspaniyanın EFE agentliyinə müsahibəsində isə Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatlarının 2.6 trilyon kubmetr olduğunu və belə həcmin Azərbaycanın öz istehlakı və ixrac üçün ən azı 100 ilə kifayət etdiyini bildirmişdi.
Eləcə də oxuyun:
* Bizi xilas edəcək sərvət: Dünya bazarlarında təbii qaz niyə bahalaşır?
* Avropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? – ekspert şərhi
* Azı 100 illik qazımız var - Prezident Avropaya qaz nəqlinin artırılması barədə