BAKI, 28 oktyabr — Sputnik. Ornella Mutinin böyük bacısı olan italyan aktrisa Klaudia Rivelli hüquq mühafizə orqanlarının sintetik narkotiklərin qanunsuz ticarətinə qarşı apardığı böyük əməliyyat çərçivəsində həbs edilib. Bu barədə "Corriere della Sera" qəzeti məlumat verib.
Çərşənbə günü İtaliya karabiner komandanlığı "dark web" adlı qaranlıq şəbəkə vasitəsilə "yeni psixoaktiv maddələr" alverinə görə 39 nəfərin saxlanılması barədə məlumat yayıb. Bu iş üzrə təqsirləndirilənlərdən 11 nəfəri nəzarət altına alınıb, 28 nəfər isə ev dustaqlığına buraxılıb. İstintaq materiallarına görə, beynəlxalq narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanın rəhbərləri qanunsuz gəlirləri kriptovalyutaya yatırıblar.
Qəzetin məlumatına görə, ev dustaqlığında olan şəxslər arasında 71 yaşlı Rivelli də var. Sentyabrın ortalarında İtaliyanın hüquq mühafizə orqanlarının əməkdaşları aktrisanı Romadakı evində adətən "təcavüz edən narkotik" kimi adlandırılan 3 şüşə GBL (qamma-butirolakton) aşkar etdikdən sonra da həbs etmişdilər. O zaman qadın öz ifadəsində bu mayedən gümüşü təmizləmək üçün istifadə etdiyini bildirmişdi. Eyni zamanda məlum olub ki, Rivelli müntəzəm olaraq Gbl-i şampun qabında Londonda daimi yaşayan oğluna poçt vasitəsi ilə göndərirmiş. Sentyabr ayında aktrisa sərbəst buraxılmışdı.
Eləcə də oxuyun:
* Məşhur repçini 10 illik həbs həyatı gözləyir
* “Alatoranlığ”ın ulduzunun ölüm səbəbi bəlli oldu