CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda yaşayan işsizlərin nəzərinə: 377 yeni iş yeri açılıb, maaşlar da yüksəkdir

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 544,2 manat təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 377 yeni iş yeri yaradılıb. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, qazanxana maşinisti, dərzi, bərbər-manikürçü, elektrik montyoru və xalçaçı peşələri üzrə, ümumilikdə 172, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 12 məhkum daş üzərində oyma peşə hazırlığı kurslarına cəlb edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 544,2 manat təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
Qeyd edək ki, muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilib.
Dövlət Proqramının icrası istiqamətində görülən işlər bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsinə yol açır.