HƏRBİ

General Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.
Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Həmçinin oxuyun:
General-leytenant Rövşən Əkbərovun işi ilə bağlı yenilik var
Məhkəmə Vətən müharibəsindən sonra tutulan generalla bağlı qərar verdi