BAKI, 27 oktyabr — Sputnik. "Hawk-Eye" şirkəti oyun zamanı avtomatik ofsayd aşkarlama sistemi hazırlayıb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bununla bağlı FIFA artıq məlumatlandırılıb.
Hətta gələn il Qətərdə keçiriləcək dünya çempionatında bu sistemdən istifadə oluna bilər. FIFA da öz növbəsində Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) texniki və futbol komissiyalarının iclasında avtomatik ofsayd texnologiyası ilə bağlı ən son yenilikləri təqdim edəcək.
Hazırlanan bu sistem köməkçi hakimə (VAR) ani mesaj göndərir və o, sonra oyundankənar vəziyyətdə olan futbolçunun oyuna müdaxilə edib-etmədiyinə qərar verir.
Qeyd edək ki, DÇ-2022 gələn ilin noyabr-dekabr aylarında keçiriləcək.