İDMAN

“Pekin-2022” Qış Olimpiya oyunlarının medalları ictimaiyyətə təqdim olunub

Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına evsahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.
Sputnik
BAKI, 26 oktyabr - Sputnik. “Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının başlamasına 100 gün qalmış oyunların medalları ictimaiyyətə təqdim olunub. RİA Novosti xəbər verir ki, təqdimat mərasimində “Tonsin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların üzərində Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və “Pekin-2022”nin loqosu, digər üzündə isə Olimpiya halqalarının təsviri əks olunub.
Məlumatda deyilir ki, medal üçün qutu isə bambukdan hazırlanıb. "Bu, Çin mədəniyyətinin xüsusiyyətlərinə diqqət çəkir və ekoloji Olimpiya oyunları konsepsiyasına uyğundur".
Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də Pekində və yaxınlıqdakı Canciakou şəhərində keçiriləcək. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına evsahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.