“Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”.
"Bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir. Bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər belə olarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının qarşısında bir maneə qalmayacaq. “Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək əlbəttə ki, mümkündür. Davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını Türkiyənin də eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.