İDMAN

"Qarabağ" "Səbail"in qonağı olacaq

Turun əvvəlki oyunlarında "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabıyla qalib gəlib, "Qəbələ" isə səfərdə "Keşlə"ni 3:2 hesabıyla üstələyib.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sputnik Azərbaycan xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.
Turun qapanış matçında lider "Qarabağ" "Səbail"in qonağı olacaq.
Turun əvvəlki oyunlarında "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. "Qəbələ" də səfərdə "Keşlə"ni 3:2 hesabıyla üstələyib.
Azərbaycan Premyer Liqası
8-ci tur
25 oktyabr
"Səbail" – "Qarabağ"
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov.
Bakı. "ASCO Arena", 19:00.