BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Vatikanda səfirlik açır.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bununla bağlı parlamentə "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi daxil olub.
Sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Eləcə də oxuyun:
* Sənətkarlarımızdan diplomatik iş - Və yaxud bizimkilər necə Vatikanın könlünü fəth etdilər