İDMAN

Tək İngiltərə deyil, indi bütün dünya bu oyundan danışır

Sputnik
BAKI, 24 oktyabr - Sputnik. İngiltərə Premyer Liqasının doqquzuncu turunda ev sahibi "Mançester Yunayted" "Liverpul" klubuna 0:5 hesabı ilə məğlub olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Yurgen Kloppun yetirmələri fasiləyədək 4 qol vurublar. Məhəmməd Salah isə ikinci taymda daha bir qol vuraraq İPL tarixində "Old Trafford"da "Mançester Yunayted"in qapısına üç qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.
Qolları Keyta (1`, 5`), Dioqu Jota (13`) və Məhəmməd Salah (38`, 45`, 50) vurublar.