BAKI, 24 oktyabr - Sputnik. Şənbə günü axşam saatlarında Fransa Prezidenti Emmanuel Makronun Versaldakı Lantern iqamətgahının ətrafında bir neçə dəfə iki pilotsuz uçuş aparatı qeydə alınıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Parisien qəzeti yazır.
Qeyd olunur ki, həmin vaxt Fransa Prezidenti iqamətgahında olub. Jandarmlar dronları yerli vaxtla 22 radələrində aşkarlayıblar. Sonra PUA-lar yoxa çıxıb, axtarışlara rəğmən, nə onları, nə də sahiblərini tapa biliblər.
Hadisəni Versal komissarlığı araşdırır.
Versaldakı prezident iqamətgahı ciddi qorunan məkandır və kamera və pilotsuz aparatlar üçün qapalı sayılır.
Bu hərəkətə görə 75 min avro cərimə və bir illik həbs cəzası nəzərdə tutulub.
Bildirilir ki, Lantern iqamətgahı yaxınlığında bu ilk belə insident deyil. 2020-ci ilin mayında polis 22 yaşlı bir tələbəni orada dron uçurduğuna görə saxlamışdı. Tələbə hadisəni boynuna almış, amma heç bir pis niyyətinin olmadığını, sadəcə Versal sarayının kanalını çəkmək istədiyini demişdi. Prokurorluq həmin işi bağlamışdı.
Eləcə də oxuyun:
* Makrondan ABŞ-ı qıcıqlandıracaq daha bir hərəkət
* Hulusi Akar: NATO içərisində digər ittifaqların axtarılması güvəni sarsıda bilər
* Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı